Neftin qiymətinin bahalaşması manatın məzənnəsinin yüksəlməsinə səbəb olacaq MÜNASİBƏT

“O bilər ki, Rusiyaya qoyulan sanksiyalar neftin qiymətinin bahalaşmasına gətirib çıxarsın. Bu zaman təbii olaraq, manatın məzənnəsi də yüksələcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov söyləyib

Onun sözlərinə görə, manatın məzənnəsində müxtəlif vaxtlarda azalma, artma müşahidə oluna bilər, amma ciddi dəyişiklik müşahidə edilməyəcək: Çünki, Azərbaycanın valyuta gəlirləri neftdən əldə olunur. Ona görə, manatın məzənnəsinə təsir edən yeganə amil neftin qiyməti olacaq. Rusiya rublu və Türkiyə lirəsinin ucuzlaşması Azərbaycan manatına ciddi təsir göstərə bilməz. Əksinə, ola bilər ki, Rusiyaya qoyulan sanksiyalar neftin qiymətinin bahalaşmasına gətirib çıxarsın. Bu zaman təbii olaraq, manatın məzənnəsi də yüksələcək. Amma vəziyyət indiki kimi davam etsə, manat olduğu kimi qalacaq. Hətta manat bir az da güclənə bilər”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə