İranın tanınmış çay mütəxəssisləri “Yaşıl çay” fermer təsərrüfatında olublar

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı bu sahənin inkişafında yeni səhifələr açır. SİA-nın məlumatına görə, indiyədək 70 hektara yaxın sahədə çay plantasiyası salan “Yaşıl çay” fermer təsərrüfatı da yaşıl çay yarpağının istehsalını artırmaqla yanaşı, yığılan çayın daha müasir avadanlıqlarda emalı üçün də intensiv tədbirlər görür. Xəbər verdiyimiz kimi təsərrüfatın rəhbəri, tanınmış iş adamı Araz Yağubov çayçılıq sahəsində böyük təcrübəsi olan qonşu İran İslam Respublikasına səfər edib, İranın əsas çay istehsal edən Lahican şəhərində olub, burada çay plantasiyaları, emal müəssisələri ilə yaxından tanış olmuşdu. Araz Yağubov daha sonra Rəşt şəhərində innovativ üsulla müasir çay emal və qablaşdıran avadanlıqlar istehsal edən elmi-tədqiqat “AVİN” şirkəti ilə avadanlıqların alınması barədə müqavilə imzalamışdı.

Aprelin 14-də “AVİN” şirkətinin nümayəndələri bir günlük “Yaşıl çay” MMC-yə baş çəkiblər. Qonaqları qarşılayan Aaz Yağubov onları təsərrüfatın çay və tut plantasiyası,müasir kümxana, çay emalı avadanlıqların quraşdırılacağı sexdə gedən işlərlə yaxından tanış edib. Təsərrüfatda görülən işlərdən məmnun qalan qonaqlar çayçılıq sahəsində əlaqələrin daha da dərinləşməsi üçün fikir mübadiləsi aparıb, Araz Yağubova gələcək işlərində uğurlar arzulayıblar

Əlavə edək ki, yeni avadanlıqların alınmasıyla təsərrüfatın nəzdindəki fabrikin istehsal gücü artmaqla yanaşı, emal edilən quru çayın keyfyyəti daha da yüksələcək və quru çayın qablaşdırlmasında irəliyə doğru daha bir addım atılacaqdır.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə