Azərbaycandan elektrik enerjisinin ixracı 8 dəfədən çox artıb

Cari ilin yanvar-mart aylarında Azərbaycandan 700 milyon 236 min kilovat/saat elektrik enerjisi ixrac olunub. Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, ötən 3 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 33 milyon 907 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin birinci rübündə ölkədən 86 milyon 547 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 3 milyon 934 min dollar olub. Beləliklə də, bu ilin yanvar-mart aylarında Azərbaycandan elektrik enerjisi ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 8 dəfədən çox artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə