Dollar/TL münasibətlərində "gərginlik"

Dollar Türk lirəsi qarşısında 4.0361 səviyyəsinə qədər qalxaraq bütün zamanların ən yüksək səviyyəsini görüb. Türk lirəsi dünən ABŞ Prezidenti Donald Trampın Çinə əlavə gömrük vergisi tətbiq edilməsi riskindən qaçma tendensiyasının artırması nəticəsində dəyər itirib. İnvestorlar Türk lirəsini satıb əsasən Yapon yeni alıblar.

Türk lirəsi dollar qarşısında gecə yarısı 1.8% dəyər itirərək 4.0361 səviyyəsinə qədər zəifləyib.

Daha sonra, Dollar/TL məzənnəsi 4 səviyyəsindən aşağı enib və hazırda 3.97 səviyyələrində dalğalanır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə