Amerika fond bazarında "Dow Jones" indeksi 2,93% - 23 957,89 bəndədək, "S&P 500" 2,52% - 2 643,69 bəndədək, NASDAQ isə 2,42% - 7 166,69 bəndədək ucuzlaşıb. Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,23% - 6 952,59 bəndədək, Almaniya DAX-ı 1,70% - 12 100,08 bəndədək, Fransa CAC-40-ı isə 1,38% - 5 167,21 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 10,80 dollar artaraq 1 344,00 dollara, gümüşün unsiyasının qiyməti 0,11 dollar bahalaşaraq 16,50 dollara satılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə