Azərbaycanda bu gün çox şəffaf seçki mühiti yaradılıb AÇIQLAMA

“Prezidentin təbliğat kompaniyasına artıq start verilib və bu gündən başlayaraq namizədlər müstəqil şəkildə öz təbliğat kompaniyalarını aparırlar. Ölkədə Prezident seçkilərinə ümümi fikirlər çox müsbətdir. Ölkə vətəndaşları Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə səs verməyə hazırdırlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, hər bir vətəndaş ölkənin və dövlət başçısının siyasətindən siyasi kursundan razıdırlar və 11- apreldə cənab Prezidenti yenidən ölkə başçısı kimi görmək arzusundadırlar: “Dünyada baş verən hadisələri hamı görür və bu gün Azərbaycanın vəziyyətini dünya ilə müqayisədə dəyərləndirilir və Azərbaycanda belə siyasi sabitliyin təmin olunması, bütün dünyanın diqqətinin Azərbaycana yönəlməsi, ölkəmizdə böyük beynəlxalq tədbirlərin keçirilməsi, sözümüzə dəyər verilməsi çox böyük bir uğurdur və hər bir Azərbaycan vətəndaşı bu uğura dəyər verir. Son vaxtlar ölkəmizdə çox gözəl seçki modeli qurulubdur. Azərbaycan seçki kompaniyalarında yaxından iştirak edir və müşahidələrimiz onu deməyə əsas verir ki, Azərbaycanda bu gün çox şəffaf seçki mühiti yaradılıb. Hər bir vətəndaşa sərbəst seçim hüququ tanınıb və düşünürəm ki, qarşıdan gələn seçkilərdə də bütün vətəndaşlar sərbəst, azad şəkildə öz sözünü deyəcək öz namizədlərini dəstəkləyəcəklər. Beynəlxalq təşkilatlar hər zaman Azərbaycandakı seçkiləri müşahidə etməkdə maraqlıdırlar. Bundan qabaqki seçkilərdə də Azərbaycanda müşahidələr aparıblar və hər dəfə şahid olublar ki, Azərbaycandakı seçki prosesi qanunauyğun şəkildə təşkil olunur”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə