Nəqliyyat vasitələrinin istehsalı isə 72,7% azalıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 32,2 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 27,5%, sair nəqliyyat vasitələrinin istehsalı isə 72,7% azalıb.

Yanvar-fevral ayları ərzində yük və minik avtomobillərinin, qoşqular və yarımqoşquların istehsalı olmayıb, 290 ədəd traktor istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 33,1%, qazlift quyu avadanlıqları və onların hissələrinin istehsalı 32,9% artıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə