Gürcü nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu əsrin 100 ən böyük layihəsindən biridir"

Bu gün Tbilisidə “Rəqəmsal Böyük İpək yolu” layihəsinin təqdimatı olub. Mərasimdə çıxış edən Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyətindən söz açıb, onu əsrin 100 ən böyük layihəsindən biri adlandırıb.

BTQ-nin İpək yolu layihəsi çərçivəsində mənfəət əldə etməkdə Gürcüstan üçün geniş imkanlar açdığını bildirən nazir deyib ki, hazırda bu dəmir yolu ilə yüklər test rejimində daşınır, 6 aydan sonra yük daşınması tam həcmdə həyata keçiriləcək. BTQ tam gücü ilə işə düşdükdən sonra isə sərnişin daşınmasına başlanılacaq.

M.Baxtadze Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri nəticəsində reallaşan BTQ-nin beynəlxalq əhəmiyyətindən danışıb, bu layihənin Asiya ilə Avropanın birləşdirdiyini, xalqlarımızın rifah halının daha da yaxşılaşmasına xidmət etdiyini bildirib. Nazir ötən ilin oktyabrında Bakıda BTQ-nın təntənəli şəkildə rəsmi açılışının olduğunu da diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...