2018-ci ilin yanvar-fevral ayları ərzində informasiya və rabitə müəssisələri 279 mln. manatlıq xidmət göstərib ki, onun da 71,4%-i əhali tərəfindən istehlak olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi real dəyər ifadəsində 14% artıb.

"Bu sahədə əldə edilmiş gəlirin 80,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,6 faizi və ya 135,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb", - deyə məlumatda vurğulanıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə