Rauf Əliyev: "Azərbaycan bütün dünyada yüksək nüfuza sahib bir ölkədir" AÇIQLAMA

“Azərbaycan Beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib. İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq 2013-cü ildə Cənub Qafqaz Formu, 2014-cü ildə Qlobal Açıq Cəmiyyətlər Forumu kimi keçirilən bu Beynəlxalq tədbir 2015-ci ildə III, 2016-cı ildə IV, 2017-ci ildə V Qlobal Bakı Forumu adı altında keçirilib: “Keçirilən Qlobal Bakı Forumlarında dünyanı narahat edən müxtəlif sosial, mədəniyyət, incəsənət, ədəbiyyat və digər sahələri əhatə edən məsələlər müzakirə olunur. Bu Forumların və digər Beynəlxalq tədbirlərin Bakıda, Azərbaycanda keçirilməsi bir daha göstərir ki, Azərbaycan bütün dünyada yüksək nüfuza sahib bir ölkədir. Bu Azərbaycanda həyata keçirilən hərtərəfli düşünülmüş müdrik siyasətin nəticəsidir”.

Qeyd edək ki, forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları və Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər. Forumda Albaniyanın, Makedoniyanın, Moldovanın Prezidentləri, Türkiyənin Baş Naziri, Xarici işlər naziri, bir çox ölkələrdən yüksək vəzifəli şəxslər, ümumilikdə 50-dən çox ölkədən 500-dək nümayyəndə o cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər iştirak edirlər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə