"Moody's” daha bir türk bankına reytinq verib

“Moody's” beynəlxalq reytinq agentliyi ”Yapı Kredi Bank”ın xarici valyutada uzunmüddətli yüksək təminatlı borc reytinqini və milli valyutada depozit reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib. Reytinq üzrə proqnoz “neqativ”dir.

Məlumatda bildirilir ki, bankın xarici valyutada uzunmüddətli depozit reytinqi isə “Ba2” səviyyəsindən “Ba3” səviyyəsinə endirilib, reytinq üzrə proqnoz da “neqativ”dir. “Bankın reytinqinin aşağı salınmasına təsir göstərən əsas səbəb əməliyyat mühitinin zəifləməsidir. 2017-ci ildə müəyyən inkişafa baxmayaraq, güman edirik ki, bankın aktivləri zəifləyəcək, bu da öz növbəsində təminatsız pərakəndə ticarət seqmentinə təsir edəcək. Bankın problemli kreditlərinin həcmi ümumi kredit portfelinin 4,1%-ni təşkil edib, çünki 2017-ci ilin sonunda digər aparıcı Türkiyə bankları ilə müqayisədə ”Yapı Kredi Bank”ın aktivlərinin keyfiyyəti zəifləyib. Düşünürük ki, bankın gəlirliliyi yaxşılaşır, buna baxmayaraq makroiqtisadi volatillik bu gəlirliliyi təzyiq altında qoya bilər,” – deyə məlumatda qeyd olunub

Agentliyin mütəxəssisləri bildirir ki, reytinq üzrə proqnozun neqativ olması bankda çətin əməliyyat mühitinin gələcəkdə bankın kredit profilini zəiflədə biləcəyi ilə əlaqədardır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə