"Azərbaycanda benzinin qiyməti Rusiya və Qazaxıstanla müqayisədə yüksəkdir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Əli Məsimli Parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Ə.Məsimli bildirib ki, Azərbaycanda benzinin qiyməti dünya qiymətlərindən aşağıdır: "Rusiya və Qazaxıstanla müqayisə etdikdə benzinin qiymətinin baha olmasını görürük. Belə ki, Rusiyada benzinin qiyməti 26 faiz aşağıdır, ancaq əmək haqqı 2,1 dəfə yüksədir. Qazaxıstanda isə 6 faiz ucuzdur. Lakin əmək haqqı 1,5 dəfə yüksəkdir".

Deputat keyfiyyət məsələsinə toxunaraq, qatqıların olmasını bildirib: "Qatqıların qatılması benzini 2 gün saxlayandan sonra açıq görünür. Keyfiyyətin aşağı olması isə avtomobillərin tez sıradan çıxmasına səbəb olur".

Bütün xəbərlər Facebook səhifəmizdə