Bu kimi hallar bizim heyvandarlığımıza ziyan vurub

Ölkədə mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışa çıxarılır və həmin məhsulların görüntüləri televiziyada yayımlanır. Televiziyada təhlükəli heyvan cəmdəklərini görən vətəndaşlar bundan qorxuya düşür, başqa növ ətləri də almaq istəmirlər”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, bu cür məhsulları satan insanlarla bağlı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə heç bir məlumat verilmir: “Yaxşı olar ki, mütəxəssislər həmin satıcılara qarşı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə məlumat versinlər və insanlarda da bu məsələ ilə bağlı əminlik yaransın”.

T.Rzayev həmçinin deyib ki, son zamanlar 6-7 kiloqramlıq quzu və 50 kiloqramlıq buzovların kəsilməsi kütləvi hal alıb. “Belə ətin insanın sağlamlığı üçün faydalı olduğunu deyirlər. Lakin hesab edirəm ki, bu heyvanlar hələ yetişməlidir və ət tutmalıdır. Bu kimi hallar bizim heyvandarlığımıza ziyan vurub”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...