Bu layihələr ölkəmizin iqtisadiyyatının sürətli inkişafına təkan verir AÇIQLAMA

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu enerji layihələri əhəmiyyətli dərəcədə ölkəmizin iqtisadiyyatına böyük təsir göstərir. Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropaya çatdırılması üçün həm iqtisadi, həm də siyasi əhəmiyyətə malik nəhəng layihələrdən biridir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın bütün dünyada nüfuzunu artırıb, bu layihələr ölkəmizə xeyli valyuta qazandırıb və Azərbaycanı turizm ölkəsinə çevirib: “Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsinə nail oldu. Azərbaycanda aparılan nəqliyyat, infrastruktur layihələri ölkəmizi nəqliyyat mərkəzi etməklə Asiya və Avropanı birləşdirməyə nail oldu. Həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib, iqtisadi inkişafını daha da surətləndirib. Əhalinin rifah halının yaxşılaşmasına səbəb olub. Əldə olunan gəlirlər hesabına iqtisadiyyatımızın bir sıra sahələri, kənd təsərrüfatı, sənaye sahələri inkişaf edib. Dünya standartlarına uyğun məhsul istehsalına başlanılıb və ixrac potensialımız artıb. Gələcəkdə də bu iri miqyaslı layihələr ölkəmizin iqtisadiyyatının sürətli inkişafına təkan verəcəkdir”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə