Azərbaycanlı milyarderin şirkəti İranda neft hasil edəcək

Martda "Lukoyl" şirkəti ilə İranın Milli Neft Şirkəti arasında müqavilə imzalanacaq. Bu barədə "Lukoyl" şirkətinin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov bildirib. Milyarder qeyd edib ki, "Lukoyl" İranın Xuzistan vilayətində "Mənsuri" neft yatağına maraq göstərir. İranın Milli Neft Şirkətinin direktoru Əli Kərdri isə qeyd edib ki, "Mənsuri" yatağı 1963-cü ildə kəşf edilsə də, yataqdan neft hasilatı 1974-cü ildə başlayıb. Kərdri yatağın birgə istismar edilməsini tərəflər üçün faydalı olacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə