Kreditlərin 96,4 faizi banklar tərəfindən verilib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, yanvarın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11757,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, ümumi kredit portfelinin 9656,5 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,4 faizi banklar, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1626,7 milyon manata çatıb və ümumi kredit portfelinin 13,8 faizini təşkil edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə