DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 30% artıb

Bu ilin yanvar ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 226 mln. 088,3 min manat daxil olub. SİA komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin yanvar ayı ilə müqayisədə 52 mln. 434,81 min manat və ya 30,20% artıb.

Ötən ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 mln. 470,60 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 157 mln. 18,90 min manat, aksizlər üzrə 6 mln. 780,70 min manat, yol vergisi üzrə isə 2 mln. 818,10 manat təşkil edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...