Bakı-Köçərli-Bakı sərnişin qatarı qrafik üzrə hərəkət edəcək

Bakı-Köçərli-Bakı sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə saxlanılır. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

“Bakıdan 15 fevral tarixindən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə saxlanılır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları”nın İdarə Heyətinin 29 yanvarda qəbul etdiyi qərara əsasən, iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədi ilə Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılmalı idi.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə