Məşğul əhalinin 75 faizi özəl sektorda işləyir

Azərbaycanda məşğul əhalinin 75 faizi özəl sektorda işləyir. Bu barədə fevralın 14-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 83 faiz təşkil edir. Məşğul əhalinin isə 75 faizi bu sektorda cəmləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə