Sahibkarlar investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Nazirlikdən SİA-ya verilən məlumata görə, SKMF Qazaxda bu ilin ilk işgüzar forumunu keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Qazax rayonu üzrə sahibkarlıq subyektlərindən kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, ət kəsimi və süd emalı müəssisələrinin, həmçinin otelin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB