Ziyad Səmədzadə: "Azərbaycan 14 il ərzində mühüm inkişaf yolu keçib"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda çıxış edən komitə sdəri Ziyad Səmədzadə bildirib ki, iclasın gündəliyinə 9 məsələ var ki, onlardan ikisi qanun layihəsi digərləri isə qanunlara dəyişiklikdir.

Çıxışı zamanı ölkəmizdə regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrasına dair keçirilən müşavirə haqqında fikirlərini bildirən Z.Səmədzadə söyləyib ki, Azərbaycan Prezidentinin bu müşavirədə çıxışı ölkəmizin 14 il ərzində mühüm iqtisadi inkişafa nail olduğunu ortaya qoydu: “Azərbaycan bu illər ərzində mühüm inkişaf yolu keçib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar bu sahənin daha da inkişafına şərait yaradıb. Azərbaycanın son 15 ildə iqtisadiyyatın inkişafı həm də ölkəmizin nüfuzunun artması ilə bağlıdır”.

Z. Səmədzadənin sözlərinə görə, Azərbaycan Prezidentinin də müşavirədə qeyd etdiyi kimi ölkəmizin iqtisadi inkişafı Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması və onların sosial problemlərinin həllinə yönəlib:” Müşavirədə işə alınan obyektlər, regionlarda həyata keçirilən infrastruktur layihələri və digər həyata keçirilən işlərlə bağlı faktlar ortaya qoyuldu”.

Görülən işlərin nəticəsində ölkəmizə investisiya qoyuluşu xeyli artdığını deyən komitə sədri bildirib ki, ölkəmizdə kənd təsərrüfatına dair dödvlət dəstəyi keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunur: “Kənd təsərrüfatı torpaq vergisindən başqa vergilərdən azadır. Azərbaycanda eyni zamanda ərzaq təhlükəsizliyi ilə bağlı böyük işlər görülür. Azərbaycan kənd təsərrüfatına göstərilən dəstəyə görə digər ölkələrdən fərqlənir. Azərbaycan Prezidentinin də müşavirədə söylədiyi kimi, bütün görülən işlərə baxmayaraq, qarşıda görəcəyimiz işlər çoxdur. Azərbaycan prezidentinin gələcək işlər haqqında məlumat verməsi, komitənin qarşısına böyük məsuliyyət qoyur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə