SOCAR Həmkarlar İttifaqına ildə 5 milyon manat vəsait ödəyir

SOCAR Həmkarlar İttifaqına işçilərin sosial vəziyyəti ilə əlaqədar ildə 5 milyon manat vəsait ödəyir.

SİA xəbər verir ki, bu barədə fevralın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda keçirilən konfransda deyib.

"İşçilərin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC 200-dən çox dəmiryolçunun mənzillə təmin olunmasına nail olub. SOCAR hər il 5 milyon manat işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün vəsait ödəyir", - deyən Səttar Möhbalıyev həmçinin bildirib ki, işəgötürənlərin bəziləri işçisinin sosial vəziyyətini düşünmür. Onların həyat səviyyəsini daha da yaxşılaşdırmaq üçün Həmkarlar İttifaqı ilə birgə çalışmırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə