“AtaTravel” Quba- Qusar- Şahdağ turu təşkil edir

“AtaTravel” MMC 17-18 fevral 2018-ci il tarixlərində 2 günlük Quba-Qusar-Şahdağ turu təşkil edir. Turun proqramına 5 ulduzlu “Quba Şahdağ Hotel” otelində 1 gün qalmaq daxildir. Bir nəfər üçün qiymət 65 AZN təşkil edir. Qiymətə komfortlu nəqliyyat xidməti, 2 dəfə səhər yeməyi, 2 dəfə çay fasiləsi, fotosessiya, tur rəhbəri “Quba Şahdağ Hotel” otelinin daxilində yerləşən fitness və SPA-da yerləşən qapalı hovuz, trenajor zalı və tennis masasından istifadə daxildir.

İki günlük tur çərçivəsində Çənlibel gölünə və Qəçrəş meşəliyinə ekskursiya təşkil olunacaq. 5 yaşa qədər uşaqların iştirakı pulsuzdur. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya (050) 245 05 09 mobil telefonuna zəng vurun.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlər göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə