Eskalatorun əsaslı təmiri başa çatdı

Metronun “Həzi Aslanov” stansiyasında noyabr ayından əsaslı təmirə dayandırılan “ET-5M” markalı 2 saylı eskalator bu gün sərnişinlərin istifadəsinə verilib. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb.

Qeyd edək ki, eskalatorlar, təlimat tələblərinə görə, qaçış məsafəsi göstərilmiş son texniki norma həddinə çatdıqda, əsaslı təmirə dayandırılır və bütün qovşaqlar yoxlanılaraq təftiş edilir, avadanlığın tam diaqnostikası aparılır və texniki tələblərə uyğun olaraq təmir edilir.

2 saylı eskalatorun təmir edildiyi müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən rahat istifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə