“Petkim” 500 milyon dollarlıq istiqraz buraxıb

SOCAR-ın “Petkim” neft-kimya holdinqi yanvarın 26-da 500 milyon dollarlıq istiqraz buraxıb. Bu barədə “Petkim PetroKimya Holding A.Ş.” məlumat yayıb.

Bildirilir ki, İrlandiya Fond Birjasında emissiya edilən hər bir istiqraza illik 5,875 faiz kupon dərəcəsi və satış qiymətinin nominal dəyəri 99,467 faizi təyin olunub. İstiqrazlar üzrə faiz ödənişləri 2018-ci il iyulun 26-dan etibarən 6 aydan bir - iyulun və yanvarın 26-sı tarixlərində keçiriləcək.

İstiqraz satışından əldə ediləcək gəlir şirkətin ötən günlərdə səhmdarı olduğu “STAR Rafineri” şirkətinin maliyyələşməsinə sərf ediləcək. “Star” neft emalı zavodu həm Türkiyə, həm də “Petkim”in xammalla təmin edəcək. Bu il ərzində istifadəyə veriləcək zavod “Petkim”in xammala olan tələbatının hamısını ödəyəcək.

İstiqrazların emissiyası üçün “Goldman Sachs International”, “J.P. Morgan Securities Plc”, “Citigroup Global Markets Limited”, “Societe Generale” və “VTB Capital Plc” anderrayter vəzifəsində çıxış edib. 500 milyon dollarlıq istiqrazlar üçün son müddət 2023-cü il yanvarın 26-sı müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...