Bütün stansiyalar gücləndirilmiş iş rejimində çalışacaq AÇIQLAMA

"QSC 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb". Bu sözləri SİA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, artıq tədbirlər planı təsdiqlənib və 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb: "Hər il olduğu kimi, bu il də yanvarın 20-də bütün metro stansiyalarında matəm musiqiləri səslənəcək lakin anonslar yığışdırılıb. Metronun “20 Yanvar” stansiyasında isə 20 Yanvar hadisələrini əks etdirən xüsusi kompozisiya nümayiş olunacaq. 12:00-da bütün qatarlar hərəkəti dayandıracaq və bir dəqiqəlik siqnal verəcək. 20 yanvar stansiyasında qərənfillərdən ibarət kompazisya qurulacaq. Bütün stansiyalar gücləndirilmiş iş rejimində çalışacaq. Xüsusilə də, Elmlər Akademiyasında işlər gücləndiriləcək. Şəhidlər Xiyabanı həmin stansiyaya yaxın olduğu üçün orada sıxlıq yarandığını nəzərə alaraq sözü gedən stansiyaya nəzarət artırılacaq".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə