Ermənistanın iqtisadiyyatı çöküb AÇIQLAMA

“Azərbaycan qazının basqa bir ölkə vasitəsiylə Ermənistana satılması xəbəri doğru və inandırıcı deyil. Azərbaycan özü Ermənistanı bütün layihələrdən kənarda tutur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.

Onun sözlərinə görə, Azərbaycan qazı SOCAR Georgia Gas şirkətinə yəni öz törəmə qurumuna satır. Xarici ölkələrə satılan Azərbaycan qazının qiymətini gömrükdə bəyan edilmiş qiymətə görə dəqiq hesablamaq olar. Bu ölkə daxilindən təqribən 2,5 dəfə bahadır. Ermənistanda həmçinin dizel yanacağı və qaz bahadır. Bu il 7 faiz, qaz isə 10 faiz bahalaşıb. Yanacağın qiymətinin artması ölkədə aksiz vergisinin artırılması ilə və digər məsələlər ilə əlaqəlidir. Belə ki, Ermənistanda aksiz qiymətləri min kubmetr qaz üçün 16 dollardan 52 dollaradək, bir ton neft üçün 52 dollardan 83 dollaradək artıb . Ermənistanda dizel yanacağının qiyməti isə 440 drama yəni (1.50 qəpikdir).

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə