"2 tondan yuxarı çətənə kolu, 100 kiloqramdan da çox heroin müsadirə edilib və 1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyuta ölkədə çıxarılmasının qarşısı alınıb". SİA məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, ötən il 10 nəfər Dövlət Gömrük Komitəsinin əməkdaşı barədə prokurorluq orqanlarına müraciət edilib: "Daha 7 nəfər barəsində DGK nəzdində fəaliyyət göstərən Komitənin daxilindəki İstintaq İdarəsində araşdırma aparılıb".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə