Ötən il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub

"Gömrük orqanları ötən uğurlarla başa vurub".

SİA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.

2017- ci ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olduğunu deyən A.Əliyev vurğulayıb ki, idxal 291 mln. manat artıb: İnkişafın nəticəsidir ki, ötən il müsbət saldo 5 milyard manatdan artıq olub. 2017-ci ildə 2 milyard 250 milyon manatlıq dövlət büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib və 2,8 milyard manat Dövlət Gömrük Komitəsi tərəfindən toplanaraq büdcəyə keçirilib və 350-dən yuxarı cinayət işinə baxılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə