2017-ci ildə “ASAN Kommunal” vasitəsilə Azərişıq “ASC”yə 140 min müraciət daxil olub

2017-ci ildə “ASAN Kommunal” vasitəsilə ASC-yə 140 min müraciət daxil olub.

ASC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə abonentlərə göstərdiyi xidmətlər getdikcə daha da intensivləşir. 2017-ci ildə “ASAN Kommunal”la “Azərişıq” ASC-yə ötən illərlə müqayisədə rekord həddə müraciətlər edilib. Belə ki, ötən il “ASAN Kommunal” vasitəsilə ASC-nin göstərdiyi 10 xidmət üzrə - elektrik enerjisi ilə əhali və qeyri-əhali abonentlərə texniki şərtin verilməsi, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smartkartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğacın yoxlanılması, smartkarta ödəniş edilməsi ilə bağlı 140 min müraciət daxil olub. Həmin 140 min müraciətin cüzi hissəsi - sənədlərdə uyğunsuzluq və bu kimi səbəblər istisna olmaqla hamısı icra olunub.

Göstərilən 10 xidmət arasında heç şübhəsiz əhali və qeyri-əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiq desək, abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulmasıdır ki, bu sahə üzrə 33 min müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla 33 min müraciətdən hamısı icra edilib, 30 min əhali və qeyri-əhali abonent elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulub.

“Azərişıq” ASC-nin “ASAN xidmət”lə əməkdaşlığı 2018-ci ildə də davam etdiriləcək və bu sahədə yeniliklər həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə