Neft sektorunda 26 milyard manatlıq məhsul istehsal edilib

2017-ci ildə neft sektoruna 8 milyard 448,6 milyon manatlıq vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ildə neft sektorunda 26 milyard 73,2 milyon manat dəyərində məhsul istehsal olunub. Sənayenin neft sektorunda istehsal 2016-cı illə müqayisədə 4,7 faiz azalıb. Ötən il neft sektorunda əlavə dəyər 5 faiz azalıb. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda istehsal olunub.

2017-ci il dekabrın 1-i vəziyyətinə iqtisadiyyatın neft sektorunda 34 min nəfər çalışıb. Ötən ilin yanvar-noyabr aylarında neft sektorunda nominal əməkhaqqı 3 min 62,3 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə