Data Mərkəzdə kriptovalyuta istehsalı aparılırmı? AÇIQLAMA

"Nəhayət ki, ötən il istifadəyə verilən, yüksək səviyyəli təhlükəsizlik sertifikatına malik Regional Data Mərkəzdə kriptovalyuta istehsalı aparılırmı? Bu, ən çox çox verilən suallardandır". Bu sözəri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, hələlik belə bir niyyət nəzərdə tutulmayıb: "Düşünürəm ki, bu, bəlkə də indiki zamanda ən doğru addım olardı. Onsuz da yerli tələbat çox azdır və belə görünür ki, yerli biznes indiki şərtlərlə heç bu Mərkəzə maraq da göstərməyəcək. Qlobal resursları da cəlb etmək müşkül məsələdir. Belə olan halda isə yəqin ki, mövcud resurslardan səmərəli və effektiv istifadə baxımından, gərəkli olan enerjinin də ucuz olması baxımından, gələcək üçün real valyuta toplamaq imkanları baxımından bu DATA Mərkəzdən elə kriptovalyuta istehsalı üçün istifadə edilməsi çox faydalı və doğru addım olardı. Bəzi məlumatlara görə artıq ölkədə bir neçə yerdə bu tip yerlər artıq fəaliyyətdədir".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə