Türkiyə TANAP-ın tikinti işlərini tamamlanıb AÇIQLAMA

"TANAP tikintisinin qrafikini qabaqlayıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.

Onun sözlərinə görə, onun ilkin fazası yəni, Türkiyəyə qaz qəbul ediləcək hissəsinin tikinti işləri tam tamamlanıb və bu ay sınaq işləri başlanacaq. Bu baxımdan ümumi işlər 97 faiz arxada qalıb. Sınaq işləri yekunlaşandan sonra isə 100% olacaq.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı güman edilir. TANAP-ın tikintisinin 2018-ci ilin iyun ayının sonunadək başa çatacağı planlaşdırılır.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə