Paytaxtda tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 45 kv.m olan koməkçi tikilinin yanar konstruksiyaları və onun yaxınlığındakı ümumi sahəsi 70 kv.m olan tikilinin (sökülməkdə olan) içərisinə yığılmış taxta tullantıları 25 kv.m sahədə yanıb.

Yaxınlıqda olan ağaclar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə