Qazaxıstanda iş adamına sui-qəsd cəhdi olub, şəxsi minik avtomobili partladılıb.

Hadisə yanvarın 13-də Almata vilayətinin Yenbekşikazax rayonunun Aşısay kəndində baş verib.

Yerli biznesmenlərdən birinə məxsus "Leksus" markalı minik avtomobilinin altına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində bir nəfər yaralanıb. Qəlbə yarası alan şəxs biznesmen yox, onun 23 yaşlı sürücüsü olub. Yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...