Törədilən partlayış nəticəsində 8 nəfər yaralanıb

Albaniyanın Şkodet şəhərində törədilən partlayış nəticəsində 8 nəfər yaralanıb, onlardan 3 nəfərin vəziyyəti ağırdır, xəsarət alanlar arasında Monteneqro dövlət televiziyasının əməkdaşı da var.

Motosikletə bərkidilmiş partlayıcı qurğu şəhərin mərkəzində Serbiya-Monteneqro milli azlıqların ofisi qarşısında işə salınıb. Albaniya polisinin versiyasına görə, hücumun hədəfi yerli sahibkar Lülzim Kula olub.

Hadisə araşdırılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...