“Azərbaycan xarici investisiyalar üçün cəlbedici olub” MÜNASİBƏT

“Azərbaycan hər zaman xarici investisiyalar üçün cəlbedici ölkə olub. İndiyə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox investisiya yatırılıb, bunun da 76 milyard dollardan artığını xarici investiyalar təşkil edib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, həm neft-qaz sektoru, həm də qeyri-neft sektoru investisiyalar üçün əlverişlidir: “Xəzər dənizinin karbohidrogen yataqlarından hasil olunan neft və qazın Avropa bazarlarına çıxışının təmin olunması bu sahəyə investisiya axınını təmin edib. Son 2 ildə aparılan iqtisadi islahatlar, qanunvericilikdə edilən dəyişikliklər və yeni innovativ qanunlar qeyri-neft sektoruna investiyaların axmasını təmin edib. Sahibkarlar üçün əlverişli mühitin yaranması (məsələn, investiya təşviqi sənədinin verilməsi və s) onlar tərəfindən də müxtəlif sahərələ daxili investiyaların artmasını təmin edib. Ümumilikdə, Azərbaycan iqtisadiyyatının inkişafına olan inam, ölkənin coğrafi mövqeyi və siyasi sabitliyin hökm sürməsi həm daxili, həm də xarici investiyalar üçün Azərbaycanı cəlbedici edib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə