Nəqliyyat Mübadilə Mərkəzi gələn həftədən sərnişinlərin istfadəsinə veriləcək

"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin bu gün sərnişinlərin istifadəsinə verilməsi təxirə salınıb.

SİA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, müəyyən texniki məsələlərə görə "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi gələn həftə sərnişinlərin istifadəsinə veriləcək.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə verilməli idi. Məlumata görə, "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin sərnişinlərin istifadəsinə verilməsi ilə əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...