Bank Azərbaycana 90 milyon dollar ayırmaq üçün çalışır

Dünya Bankı “Azərbaycan kənd investisiyaları” layihəsinin üçüncü mərhələsinin (AZRIP-3) konsepsiyasının hazırlanmasını davam etdirir.

Bu barədə bankın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda kreditin məbləği müzakirə olunur: “Gündəlikdə bir neçə variant mövcuddur. Variantlardan birinə əsasən 90 milyon dollar həcmində kreditin ayrılmasını nəzərdə tutulur, amma hələlik bu məbləğ dəqiq deyil və dəyişdirilə bilər”.

Qeyd edək ki, bir müddət əvvəl Dünya Bankının Bakı ofisinin rəhbəri Nəvid Həsən Naqvi bildirib ki, bank konsepsiyanı bu ilin sonunadək başa çatdırmağı planlaşdırır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...