Samara üzərindən Norilsk-Bakı reysi üzrə uçuşlara başlanılacaq

Rusiyanın “NordStar” aviaşirkəti martın 5-dən Samara üzərindən Norilsk-Bakı aviareyslərini həyata keçirməyə başlayacaq. Bu barədə TASS agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, aviareyslər həftədə bir dəfə olmaqla yerinə yetiriləcək.

Hazırda aviaşirkətin təyyarələri Bakıya Ufa üzərindən uçur. Samara üzərindən uçuşlar həyata keçirilməsi ilə arktik şəhərdən Azərbaycan paytaxtına aviareyslərin sayı həftədə iki dəfəyə çatacaq. Yeni istiqamət üzrə aviareyslər Boeing 737-800 təyyarələri ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə