Rumıniya mətbuatı: "TAP Yunanıstana qazanc gətirir"

Rumıniyanın nüfuzlu iqtisadi nəşri “Ziarul Financiar” (Maliyyə qəzeti) “Bloomber”gə istinadən yazır ki, Yunanıstan birbaşa iqtisadiyyatına xarici sərmayələr axtardığı zaman Azərbaycan təbii qazını Avropaya çatdıracaq qaz kəmərinin inşası ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Bunun səbəbi uzunluğu 878 kilometr olan “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) inşasında istifadə olunun metal detalların 2017-ci ildə Yunanıstanda istehsalının 27 faiz artmasıdır. Nəşr ölkənin xarici sərmayələrin daha artıq cəlb edilməsi istiqamətində səy göstərməsinə ehtiyac olduğunu yazır. Yunanıstanda birbaşa xarici sərmayələrin həcmi keçən ilin 9 ay ərzində yalnız 2,6 faiz artmışdır.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...