Kart Mərkəzi üzərindən keçən əməliyyatlar üzrə qarşılıqlı xidmət haqqı tutulmayacaq

Azərbaycan prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi prioriteti üzrə tədbirləri davam etdirir.

Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən SİA-ya verilən məlumata görə, AMB-nin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”), “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bankların və xidmət mərkəzlərinin birgə fəaliyyəti nəticəsində “ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı” (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdırılaraq vətəndaşların istifadəsinə təqdim edilib. Aparılan əməliyyatların effektivliyinin artırılması məqsədilə AMB tərəfindən yaradılmış Banklararası Kart Mərkəzi üzərindən keçən əməliyyatlar üzrə interçeync xidmət haqqı 0 (sıfır) manat həcmində təyin edilməsi banklarla razılaşdırılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...