Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə həmin ali təhsil müəssisəsində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib.
SİA-nın məlumatına görə, tədbirin açılışı zamanı ölkəmizdə gənclər arasında məşğulluq səviyyəsinin artırılmasının dövlət məşğulluq siyasətinin mühüm tərkib hissəsi olduğu və bu istiqamətdə tədbirlərin ildən-ilə gücləndiyi vurğulanıb. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən bu ilin 11 ayında məşğulluğu təmin olunanların 33 faizi, haqqı ödənilən ictimai işlərə cəlb olunanların 30 faizi gənclərdən ibarət olub. Nazirliyin xətti ilə təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin isə 57,3 faizini gənclər təşkil edib. Sağlamlıq imkanları məhdud gənclərin yeni peşələrə və bununla məşğulluq imkanlarına yiyələnmələri üçün də məqsədyönlü işlər aparılır. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən cari ilin yanvar-noyabr aylarında 285 nəfər, Mərkəz istifadəyə verildiyi vaxtdan bəri isə 1310 nəfər peşə kurslarına qəbul olunub.
Gənclərin işəgötürənlərin tələblərinə uyğun peşə və ixtisas seçiminin dəstəklənməsi üçün təkcə bu ilin 11 ayında məşğulluq orqanları tərəfindən 91,4 min nəfər gəncə əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar və peşəyönümü məsləhətləri verilib. “Karyerada ilk addım” devizi altında təşkil olunan aktiv məşğulluq tədbirləri də əsasən gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsinə, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına xidmət edir. Cari ildə 10 universitetdə keçirilən belə tədbirlərdə 570 müəssisə üzrə 2,9 mindən çox vakant iş yeri təqdim edilib.
Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Karyerada ilk addım” devizi altında təşkil olunan və 105 müəssisədən nümayəndənin iştirak etdiyi tədbirdə də 22-si dövlət, 285-i özəl sektora aid ümumilikdə 307 boş (vakant) iş yerinin tələbə və məzunlara təklif olunduğu vurğulanıb.
Tədbirdə tələbə və məzunlar işəgötürənlərlə ilkin ünsiyyət quraraq, şəxsi məlumatlarını (CV) onlara təqdim ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadrların seçimini aparmaq imkanı yaradılıb. Həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, ixtisasartırma kurslarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
Sosial 12:47Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Sosial 12:43Rus təyyarəsi vurulub, yoxsa qəzaya uğrayıb..?
Dünya 12:07Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunub
İqtisadiyyat 12:03Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu
Dünya 12:02Məzahir Pənahov Maldivə gedir
Siyasət 11:59Əkin və içməli suya olan tələbat aradan qaldırılacaq - MÜNASİBƏT
İqtisadiyyat 11:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək
Siyasət 11:11“Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur - VİDEO
İqtisadiyyat 10:58Test imtahanına qeydiyyat davam edir
Təhsil 10:34Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:17“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” auditor seçir
Sosial 09:55Bu ilin I rübündə Energetika Nazirliyinə 2 mindən çox müraciət daxil olub
İqtisadiyyat 09:48Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib
Hadisə 09:43Axtarışda olan 80 nəfər saxlanılıb
Hadisə 09:34Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
Hadisə 09:31Bugünə olan valyuta MƏZƏNNƏLƏRİ
İqtisadiyyat 09:25Azərbaycan neftinin qiyməti 88 dollara düşüb
İqtisadiyyat 09:19Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOLAR
İqtisadiyyat 09:15Salyanda minik avtomobilləri toqquşub, yaralılar var
Hadisə 09:01Cem Yılmazın mal varlığı eşidənləri təəccübləndirib
Şou-Biznes 08:42Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
Sosial 08:21Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə 08:09Bu günə olan hava PROQNOZU
Sosial 07:40"Google”da əməkdaşlar ixtisar edilirlər
Dünya 07:25İranda partlayış baş verib
Dünya 06:42İsrail İranın obyektinə raket zərbəsi endirib
Dünya 06:30Mali frankdan imtina etmək istəyir
Dünya 06:14Dubay aeroportu fəaliyyətini qismən bərpa edib
Dünya 05:45Netanyahu İsraili birliyə çağırıb
Dünya 04:55Təxminən 250 min uşağın yardıma ehtiyacı var
Dünya 04:46Suriyada terrorçular 16 hərbçini öldürüb
Dünya 03:49“Madriddə "Real"a qalib gəlməliyik"
İdman 01:15AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib
İqtisadiyyat 01:02“ABŞ pulu artıq Kiyevə kömək etməyəcək..?”
Dünya 00:14Boston Dynamics yeni nəsil insanabənzər robot təqdim edib
Texnologiya 18 Aprel 23:53Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb
İdman 18 Aprel 23:48Tarantino son filmi ilə bağlı fikrini dəyişdi
Şou-Biznes 18 Aprel 23:45Neyroloqlar göz qırpmağın nə üçün faydalı olduğunu izah edirlər
Səhiyyə 18 Aprel 23:37İsveçrə Ukraynanın bərpası üçün 5 milyard avrodan çox vəsait ayıracaq
Dünya 18 Aprel 23:26Tədqiqatçılar asteroidləri öyrənmək üçün qeyri-adi robot yaradıblar
Texnologiya 18 Aprel 23:14Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8082 -0,39%
- GBP 2,1115 -0,39%
- RUB 0,0181 +0,55%