Neft proqnozunun yüksək olması ümüdvericidir

Rusiya Mərkəzi Bankı 2018-ci ilin baza ssenasirində neftin qiyməti üzrə proqnozunu 44 dollar/bareldən təxminən 55 dollar/barelə qədər artırıb.

Bu barədə Bankın sədri Elvira Nabiullina bildirib.

“Biz baza ssenarisində 2018-ci il üzrə neftin qiymətini qaldırmışıq. OPEC-in son vaxtlar əldə etdiyi razılığı nəzərə alaraq, gələn il neftin qiyməti üzrə proqnozu 44 dollar/barel əvəzinə bu ilin orta göstəricisinə yaxın - 55 dollar/barelə qədər artırmışıq. Bununla belə, ortamüddətli perspektivdə mühafizəkar yanaşmadan imtina etmək üçün əsasımız yoxdur”, - deyə o əlavə edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə