Korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasını təmin etmək məqsədilə dekabrın 15-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin kiçik və orta sahibkarlıq subyektlərində tətbiqi ilə bağlı "Korporativ idarəetmə" mövzusunda təlim keçirilib. Tədbirdə kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri iştirak edib. Təlimdə İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə korporativ idarəetmənin mahiyyəti və əhəmiyyəti, onun əhatə etdiyi sahələr, prinsipləri və s. barədə məlumat verib, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə