Vüqar Gülməmmədov: "Maliyyə pozuntularına yol verilib"

"Əmanətlərin Sığortalanması Fondunda hazırda audit tədbiri başa çatmayıb, proses davam edir". SİA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatıb: "Müəyyən olunub ki, Fond tərəfindən iki bankın müştərilərinə kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib. Bu faktların ciddiliyini nəzərə alaraq Hesablama Palatasının Kollegiyası bu materialları hüquq-mühafizə orqanlarına göndərilməsi ilə bağlı qərar qəbul edib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə