"BP-də çalışanların 89 faizi Azərbaycan vətəndaşlarıdır"

"Azərbaycan ilə Britaniya arasında 23-ə yaxın layihə uğurla həyata keçirilib. BP-də çalışanların 89 faizi Azərbaycan vətəndaşlarıdır." Bunu jurnalistlərə Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed deyib.

"Ölkələrimiz arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Azərbaycan ilə Britaniya arasında münasibətlərin güclənməsində dövlətlərin dəstəyinin də əhəmiyyəti böyükdür. Biz təkcə neft-qaz sahəsində əməkdaşlıq etmirik, turizm, təhsil, kənd təsərrüfatı sahələri də prioritet sahələr kimi əməkdaşlıq üçün seçilib”, - deyə britaniyalı nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə