Neft sektorunda 23,5 milyard manatlıq məhsul istehsal edilib

Cari ilin yanvar-noyabr aylarında neft sektoru üzrə əsas kapitala 7 milyard 636,7 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 11 ayda neft sektorunda 23 milyard 501 milyon manat dəyərində ümumi məhsul istehsal olunub. Sənayenin neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz azalıb. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Bu ilin yanvar-oktyabr aylarında neft sektorunda nominal əməkhaqqı 3 min 84,4 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə