Bank sektorunun balans kapitalı 3,1 milyard manatdır

Azərbaycanda fəaliyyət göstərən bankların 31 oktyabr 2017-ci il tarixinə cəmi aktivləri 26 milyard 311,6 milyon manat, cəmi öhdəlikləri isə 23 milyard 216,6 milyon manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından SİA-ya verilən məlumata görə, sektorun balans kapitalı 3 milyard 95 milyon manat, əhalinin əmanətləri isə sentyabr ayı ilə müqayisədə 3,6% (250,7 milyon manat) artaraq 7 milyard 250,2 milyon manat olub.

Qeyd edək ki, 30.09.2017-ci il tarixə əhalinin əmanətləri 6 milyard 999,5 milyon manat təşkil edib.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 556, şöbələrinin sayı 142, ATM-lərin sayı 2491 olub.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16470 nəfər təşkil edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə