“Kiçik sahibkarların yaratdıqları” adlı sərgi keçirilib FOTO

Ölkədə qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun artırılması, bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi, əl işlərinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, Bakı Biznes Mərkəzində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların əl işlərindən ibarət “Kiçik sahibkarların yaratdıqları” sərgisi təşkil olunub.

Sərgidə 100-dən çox sahibkarın əl işləri - rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar, eləcə də geyimlər, müxtəlif məişət əşyaları, musiqi alətləri və s. nümayiş olunub. Böyük maraqla qarşılanan sərginin ziyarətçiləri arasında dövlət qurumlarının, təhsil, mədəniyyət və incəsənət müəssisələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və digərləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə